Modern.az

Kim Çen Inin vəziyyəti ağırlaşıb: Şimali Koreyadan ziddiyyətli xəbərlər gəlir

Kim Çen Inin vəziyyəti ağırlaşıb: Şimali Koreyadan ziddiyyətli xəbərlər gəlir

Dünya

21 Aprel 2020, 21:35

Şimali Koreya lideri Kim Çen Inin səhhətində ciddi problem yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə  “New York Times” qəzeti məlumat yayıb.

 

Qəzet ABŞ kəşfiyyat orqanlarına istinadən yazır ki, Kim Çen In klinikada ağır ürək-damar əməliyyatı keçirib. Əməliyyatdan sonra Şimalı Koreya liderinin vəziyyəti daha da pisləşib.

Amma Şimali Koreya hökuməti prezidentin səhhətin pisləşməsi xəbərini təkzib edib.


Qeyd edək ki, Kim Çen Inin səhhətinin kritik olması barədə xəbərlər cəmiyyətdə yayılmasına daha çox  aprelin 15-də babası Kim İr Senın doğum günü ilə bağlı keçirilən bayram tədbirində iştirak etməməsi səbəb olub. Kim Çen In ancaq onda 4 gün öncə hökumətin iclasında iştirak edib.

Ekspertlər hesab edir ki, əgər Kim Çen Inın səhhətində ciddi problem olmasaydı, o belə vacib dövlət əhəmiyyətli tədbiri buraxmazdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış