Modern.az

Məmurların Azərbaycan kəndlisinə yaratdığı PROBLEM - Onları təhdid edən “su əjdahaları” kimlərdi?..

Məmurların Azərbaycan kəndlisinə yaratdığı PROBLEM - Onları təhdid edən “su əjdahaları” kimlərdi?..

İqtisadiyyat

22 Aprel 2020, 09:14

Azərbaycanın rayonlarda əkin mövsümü başladığıdan kiçik pay torpaqlarına malik olan kəndlilər ənənəvi problemin davam edəcəyindən qayğılanırlar. Söhbət suvarma suyunun çatışmazlığından gedir. Məsələ burasındadır ki, bir çox rayonlarda ucsuz-bucaqsız torpaqları qamarlayıb ələ keçirən imkanlı şəxslər, məmurlar əkin-biçin mövsümü boyu suvarma sularını öz sahələrinə yönəldirlər. Nəticədə bu “su əjdahaları”nının ucbatından nisbətən kiçik pay torpaqları olan kəndlilər əkib-becərə bilmirlər.


Aqrar sahə üzrə ekspertlər  Modern.az-a deyiblər ki, su məsələsi bu gün kənd təsərrüfatının qarşısında duran ən ciddi problemlərdən biridir. Bunun da bir neçə obyektiv və subyektiv səbəbləri var.

 

Ölkənin su rezervləri işğaldadır


Qeyd edək ki, məsələ dövlət başçısının da diqqət mərkəzində. Belə ki, bu yaxınlarda ölkə rəhbərinin sərəncamı ilə ən yüksək səviyyəli su ehtiyatlarının tapılması ilə bağlı komissiya yaradıldı. Bütün dövlət qurumlarının rəhbərləri o komissiyaya daxildir. Bu, onun isbatıdır ki, suvarma suyu ilə bağlı çox ciddi problemlərimiz var. Problemin obyektiv tərəfi ondan ibarətdir ki, ölkənin su rezervlərinin çoxu işğaldadır. Əsas qidalandırıcı iki çayımız var: Araz və Kür. Onlar da ölkədən xaricdə formalaşır, su itirə-itirə ölkə ərazisinə daxil olur. Nəticədə Kür çayından əkin sahələrinə su qaldırmaq üçün böyük, bahalı motorlar, elektrik enerjisi lazımdır.


Əldə etdiyimiz məlumata görə, hər il təsərrüfat mövsümündə su ilə bağlı aidiyyatı qurumlara yüzlərlə şikayət daxil olur.
Vəziyyətin əsasən əkinçilik üzrə ixtisaslaşan 18 Aran rayonunda özünü biruzə verdiyi bildirilir. Dağətəyi və dağlıq rayonlarda bu, qlobal problem deyil. Çünki həmin ərazilərə atmosfer çöküntüləri, yağıntı çox düşür, orada sututarlar var, il boyu yağıntı toplanır. Ölkəni “yedizdirən” 18 rayon il boyu payızlıq bitkiləri əkib-biçdikdən sonra ikinci əkin aparırlar. Yəni il boyu əkin tsikli davam edir. Əvvəllər bu rayonlar işğaldakı Ağdərə ərazisindəki Sərsəng su anbarından qidalanırdı. Onun ümumi tutumu 560 milyon kubmetrdir. Bununla demək olar ki, əksər rayonlara Tərtərçay və digər ötürücü kanallar vasitəsilə suvarmanı təmin edirdilər. Məsələnin obyektiv səbəbləri budur.


Su çatışmazlığı-məmur özbaşınalığı...

Ekspertlərin qənaətində görə, suvarma suyunun çatışmazlığının subyektiv səbəbi məmur özbaşınalığıdır . Problemin subyektiv tərəfində icra başçıları, rayonlardakı digər yüksək mənsəb sahibləri, imkanlı şəxslər, eyni zamanda Bakıda “yağlı vəzifələr”də, isti otqalarda oturub rayonlarda əkinçilik, heyvandarlıq təsərrüfatları quran məmurlar dayanır. Onların yerlərdəki məmurlarla əlbir olaraq özbaşınalıq etmələri əhalinin suvarma işləri aparmasında menələrdir. Son 3-4 icra başçısı ki həbs olunub, onların hamısının böyük təsərrüfatları var. Bu, öz-özlüyündə ciddi problemdir. Bu adamlar öz səlahiyyətlərindən istifadə edərək, əsas suvarma dövründə suyun böyük hissəsini öz sahələrinə yönəldirlər. Kəndlilərə də deyirlər ki, “kiməsə şikayət etsən sənin üçün pis olacaq”. Yəni kəndli bir növ təhdid edilir.


Kəndlilər məmurlardan qorxur

Kənd təsərrüfatı sahəsində çalışanlar bildirilər ki, rayonlarda böyük təsərrüfatlara sahib məmurlar su məsələsilə bağlı ciddi problem yaradırlar. 

Prezident özü də müşavirədə dediyi kimi, məmur özbaşınalığına son qoyulacaq. Hesab edirik ki, bu cür məmurlara da növbə çatacaq. Məmur məmurluqla məşğul olmalıdr, məmur əkinçiliklə məşğul olmamalıdır. Olursa da əkinliçiyin ədəbi qaydasına riayət etməlidir. Elə icra başçısı var ki, nəninki suvarma suyunu, rayonun bütün təəsrrüfat resurslarını, texnikasını öz təsərrüfatına yönəldir, işçiləri qul kimi işlədir. Əminik ki, dövlətin güclü qılıncı onları yerində otuzduracaq, ədalət, düzgünlük qalib gələcək. Prezidentin hər çıxışında dediyi kimi, belə hallar olan rayonlarda insanlar qorxub geri çəkilməməlidirlər. Kəndlilər məmurun qılıncından qorxurlar, qorxmasınlar, öz haqlarını müdafiə etsinlər. Hansı məmur təzyiq edirsə, vətəndaş birbaşa aidiyyatı mərkəzi qurumlara, dövlət başçısına çıxmalı, öz hüquqlarını müdafiə etməlidirlər. Əgər kəndlinin təsərrüfatına su gəlmirsə və onu batırırsa, bu, onun üçün ölümə bərabərdir. Ona görə də hansısa məmurdan qorxmaq lazım deyil.

İqtisadçılar rayonların fermerlərinə müraciət edərək deyirlər ki, öz haqlarını müdafiə etsinlər: "Pandemiya dövründə görüşlər keçirilmir, amma görüşlər bərpa olunanda da qorxmasınlar. Artıq o dövr bitdi, ölkədə məmur özbaşınalığı dövrü qapandı. Bizim yaxın tariximizdə icra başçısının həbs olunması baş verməmişdi. Amma bu baş verirsə, gələcəyə inam da artır. Burada ictimai məlumatlandırma, ictimai aktivlik önəmli yer tutur. Hər bir insan öz hüquqlarını müdafiə etməlidir".

Müşahidələr göstərir ki, fermerlər öz hüquqlarını qoruya, haqlarını tələb edə, məmurlarına adını deməyə qorxurlar. Məsələn, fermer rəsmi quruma şikayət edir ki, “məmur suyumu kəsib çətin vəziyyətdə qalmışam”. “Hansı məmur” sualı ilə cavabsız qalır


Fermer suyun ağzını açır, arxasını buraxır

Mütəxəssislər söyləyirlər ki, ən qlobal problem su resurslarının düzgün idarə olunmamasıdır. Bu, ümumilikdə bütün rayonlar üçün xarakterikdir. Yəni su probleminin arxasında yalnız məmur özbaşınalığı dayanır desək, doğru çıxmaz. Bundan da qlobal problemimiz su resurslarının düzgün idarə olunmamasıdır. Hətta bizim elə rayonlarımız var ki, orada məmur özbaşınalığı yoxdur, onlara məxsus böyük təsərrüfatlar formalaşmayıb. Amma o rayonda sakinlərin suyun idarə olunması ilə bağlı təsəvvürləri yanlışdır.
Ekspertlərin sözlərinə görə, 1 hektara becərmədə mövsüm ərzində 8 kubmetr su lazımdır, amma fermer 8 kubu 1 saatda sahəyə axıdır. Buna selləmə-suvarma metodu deyilir. Loru dildə desək, suyun ağzın açır, arxasını da buraxır. Suyu bitkiyə lazım olan qədər vermək lazımdır. Əks halda su sahədə yığılır, qrunt suyu ilə əlaqə yaranır, torpağın üzündə şoranlaşma getməyə başlayır. Bir sözlə insanların sudan istifadədə ciddi problemləri var.


Rayonlarda sututarların sayı artırımalıdır

Ekspertlərin fikrincə, son illər dövlət dəstəyilə regionlarda sututarlar yaradılsa da, kifayət qədər deyil. İqlimin dəyişmələrə məruz qaldığını xatırladan mütəxəssislərin sözlərinə görə, bu ilin qışında kifayət qədər atmosfer çöküntüləri düşmədi, düşənləri də su anbarına topalamaq mümkün deyil.
Dağlardan əriyib gələn qarı, buzu sututarlarda saxlamaq lazımdır. Bu gün rayonlarımızdakı sututarlar ya sıradan çıxıb, ya da yoxdur. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir