Modern.az

Keçmiş deputat: “İşsizəm, karantinin bitməyini gözləyirəm”

Keçmiş deputat: “İşsizəm, karantinin bitməyini gözləyirəm”

Aktual

22 Aprel 2020, 13:37

“Hazırda işsizəm, işləmək üçün karantinin bitməyini gözləyirəm”


Bunu Modern.az-a 99 saylı Şəmkir kənd seçki dairəsinin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvü Sona Əliyeva deyib. O hazırda mövcud karantin rejimilə əlaqədar rayondan Bakıya qayıda bilmədiyini söyləyib:


“Karantin günlərində hamı kmi mən də evdə oturmağa çalışıram. Ümumiyyətlə,  mənə görə evdə çox qalmaq çətindir, karantin günlərində bu məsələ lap çətin olur. Hazırda heç yerdə işləmirəm, yəni işsizəm. Amma karantin bitəndən sonra işlə bağlı bəzi yerlərə müraciət etməyi düşünürəm.

İndi rayondayam, karantinə görə Bakıya gedə bilmirəm. Karantin bitəndən sonra Bakıya qayıdıb işlə bağlı nəsə etmək fikrindəyəm”.

 

Eks-deputat gələcəkdə hansı sahədə çalışmaq istəyi ilə bağlı sualımızı cavabsız qoyub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...