Modern.az

Saakaşviliyə baş nazirin müavini vəzifəsi TƏKLİF OLUNUDU

Saakaşviliyə baş nazirin müavini vəzifəsi TƏKLİF OLUNUDU

Dünya

22 Aprel 2020, 16:46

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq rəhbəri Mixail Saakaşviliyə Baş nazirin müavini vəzifəsini təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə Saakaşvili "Facebook" səhifəsində yazıb.

 

Keçmiş prezident bildirib ki, belə bir təklif onun üçün böyük şərəfdir və bununla bağlı Ukraynanın Baş naziri Denis Şmıqalla müzakirələr aparıb.

 

"Bu təklifə və qərarıma çox böyük məsuliyyətlə yanaşıram. Çünki ölkə üçün çox çətin bir vaxtdır. Qarşıda iqtisadiyyatda və ümumilikdə ölkə həyatında çox çətin dövr gözləyir. İndi qərarlarımızda və islahatlarımızda cəsarətli olmaq lazımdır",- deyə Saakaşvili bildirib.

Saakaşvili təklifə müsbət yanaşdığını və Ali Rada qarşısında təcili dəyişikliklər barədə proqramla çıxış edəcəyini bildirib.


Ali Radanın cümə günü keçiriləcək plenar iclasında Saakaşvilinin təyinatının nəzərdən keçirilə biləcəyi söylənilir. 

Qeyd edək ki, Saakaşvilinin bundan əvvəlki Odessa vilayətinin qubernatoru olmuşdu.

Siyasi şərhçi Şahin Cəfərli deyir ki, Saakaşvilinin Odessa təcrübəsi bir çox səbəbdən uğurlu olmamışdı.

“O, indi daha çətin bir vəzifəni üzərinə götürür. İstər oliqarxlar və onların siyasətdəki uzantıları, istərsə də Rusiya ona mane olmağa çalışacaqlar. Yalnız prezidentin və parlamentin güclü dəstəyi ilə nəyəsə nail olmaq mümkündür.

Saakaşvili bütün qüsurları ilə bərabər, hələ də postsovet məkanının ən böyük reformisti olaraq qalır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış