Modern.az

SEPAH komandanı ABŞ-ı hədələdi

SEPAH komandanı ABŞ-ı hədələdi

Dünya

23 Aprel 2020, 15:19

“İran hərbçiləri ölkənin təhlükəsizliyini təhdid edən ABŞ gəmilərini vuracaq”.

 

Modern.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Salami IRINN telekanalına açıqlamasında deyib.

 

ABŞ-a qarşı cavabın gecikməyəcəyini bildirən komandanın sözlərinə görə, amerikalılar bir neçə dəfə bunun şahidi olublar: 

 

“ABŞ hərbi gəmiləri bizim hərbi və mülki gəmilərimizə təhlükə yaradacağı təqdirdə, dəniz qüvvələrinə onlara zərbə endirmək əmri vermişik”.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp özünün tvitter səhifəsində Fars körfəzində Amerika gəmilərinə təhlükə yaradacaq İran hərbi gəmilərinin məhv edilməsi barədə hərbi dəniz qüvvələrinə təlimat verdiyini yazıb.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış