Modern.az

Rusiya neft hasilatını artırıb

Rusiya neft hasilatını artırıb

Dünya

23 Aprel 2020, 20:16

Rusiyada aprelin 22-də sutkalıq neft hasilatı əvvəlki günlə müqayisədə 0,6 faiz artıb.

Modern.az xəbər verir ki, ölkəda neft hasilatı OPEC+ çərçivəsində əldə olunan sazişə baxmayaraq çoxalıb.

Aprelin ortalarınadək Rusiyada sutkada 1,537 milyon ton neft hasil edilib. Aprelin 17-dən bəri artım 0,8 faiz təşkil edib.

Qeyd edək ki, aprelin 11-də OPEC və təşkilata daxil olmayan ölkələr (OPEC+) neft hasilatını ümumilikdə, sutkada 9,7 milyon barel azaltmaq barədə razılıq əldə edib. Razılaşma mayın 1-dən qüvvəyə minəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış