Jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayev UNESCO-nun ali mükafatı "Beynəlxalq söz azadlığı" mükafatına layiq görülüb.
Bu yüksək mükafatın azərbaycanlı jurnalistinə təqdim edilməsi mərasimi 3 may tarixində Tunisin Prezident sarayında keçiriləcək. Mükafatı E.Fətullayevə UNESCO-nun baş direktoru İrina Bokova təqdim edəcək. Mərasimin gündəliyinə əsasən sonra E.Fətullayev çıxış edəcək, ardınca İrina Bokoba və Tunisin prezidenti doktor Mobsef Marzuki çıxışlar edəcəklər.
UNESCO-ya üzv olan dövlətlərin hökumət nümayəndələrinin iştirak etdiyi mərasimdə həmçinin ATƏT-in söz azadlığı üzrə müvəkkili Dünya Miyatoviç, 2011-ci ildə Nobel mükafatı laureatı Tavakkoi Karman, BMT-nin söz azadlığı üzrə xüsusi nümayəndəsi Franl La Ru və digər tanınmış simalar iştirak edəcəklər.
Mayın 7-də isə Eynulla Fətullayev dünyanın ən möhtəşəm jurnalist toplantılarından biri - 2500 jurnalistin qatılacağı Nordik Media Festivalında çıxış etmək üçün Norveçə səfər edəcək. Dünyaynın aparıcı
televiziya, radio və qəzet jurnalistlərinin iştirakı ilə keçiriləcək forumda E.Fətullayev "Azərbaycan - Avrovisiyadan öncə" mövzusunda məruzə ilə çıxış edəcək. Mayın 11-də isə Osloda məşhur norveç rejissyoru Erling Borgen tərəfindən çəkilmiş və E.Fətullayevə həsr edilmiş "Azərbaycanlı məhbus" filminin 2-ci hissəsinin prezentasiya keçiriləcək. Tədbir Norveç yazıçılar birliyi - Norveç Pen-klubu tərəfindən təşkil edilib.
Modern.az