Modern.az

Cabbar Savalanlı ilə bağlı bəyanat verildi

Cabbar Savalanlı ilə bağlı bəyanat verildi

30 Aprel 2012, 22:14

Azərbaycan Xalq Cəbhəsi Partiyası qurumun Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının hərbi xidmətə aparılması ilə bağlı  bəyanat yayıb.

Bəyanatda bildirilib ki, AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı bu gün qanunsuz olaraq hərbi xidmətə aparılıb. Eşitmə ilə bağlı ciddi sağlamlıq problemi yaşayan və bu barədə mötəbər həkim rəyinin möcvudluğuna baxmayaraq, hərbi komissarlıq onu ordu üçün yaralı bilərək, qabaqcadan heç bir xəbərdarlıq etmədən əsgər aparıb.

AXCP hesab edir ki, gənc siyasi fəalı həbs etməklə onu yolundan döndərməyi bacarmayan hakimiyyət indi də hərbi xidməti cəza vasitəsi kimi tətbiq edir.

“Vətənin müdafiəsində iştirakı vacib və müqəddəs vəzifə sayan AXCP vətəndaşlara qarşı hərbi xidməti cəza olaraq istifadə etməsini naqis və yarıtmaz siyasət sayır.
AXCP bəyan edir ki, bütün ölkə vətəndaşları kimi Cabbar Savalanlının da hərbi xidmətdən möhlət hüquq tanınmalı, öncə onun əsassız və qanunsuz olaraq pozulan təhsil hüquq bərpa edilməli, oxuduğu ali məktəbdə təhsili üçün şərait yaradılmalıdır”.

AXCP Cabbar Savalanlı ilə bir dəfə ciddi səhvə yol verən hakimiyyəti növbəti səhv addım atmaqdan daşınmağa, qanunlara və insani dəyərlərə hörmətlə yanaşmağa çağırır.

Modern.az

   
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu