Modern.az

Maştağa problemlərinin həlli üçün Abid Şərifovun rəhbərliyi ilə komissiya yaradılıb

Maştağa problemlərinin həlli üçün Abid Şərifovun rəhbərliyi ilə komissiya yaradılıb

1 May 2012, 09:01

Bir müddət öncə Sabunçu rayonunda Maştağa və Zabrat ərazisində qurunt suların  yolları, məktəb, xəstəxana və bir sıra ictimai obyektləri, qəbiristanlıqları bərbad hala saldığı barədə məlumat vermişdik.

28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı  Eldar Quliyevin saytımıza verdiyi məlumata görə, artıq problemin həlli istiqamətində məsələnin həllinə cavabdeh olan bütün dövlət qurumları cəlb olunub və bununla bağlı baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə komissiya yaradılıb: “Mən məsələ ilə bağlı cənab Prezident İlham Əliyevə məktubla müraciət etdim.  Məktubda bu ərazilərdə vəziyyətin fövqaladə hal aldğını göstərdim.

Məktuba baxılıb və  Abid Şərifovun rəhbərliyi ilə bir  komissiyia yaradılıb. bunun  ardınca aprelin 16-dən Maştağadadn qrunt sularının çəkilməsinə başlanılıb. Motorlarla qurunt suları kənara vururlar və vəziyyət xeyli yaxşılaşıb. Bu məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi, “Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyəti,  Sabunçu rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  Səhiyə Nazirliyi, Təhsil Nazirliyi iş aparır. Bu qədər dövlət qurmlarının bura cəlb olunması məsələnin kompleks həllinə nail olmaqdır. Maştağada xəstəxanaların zirzəmisini başmışdı. Bizim müraciətdən sonra Səhiyə Nazirliyi 12 ədəd dizinfeksiya edici maşın ərazidə oldu və su basan bütün yerlər dizinfeksiya oldu. Bununla da baş verə biləcək xəstəlikıərin qarşısı bəri başdan alındı. Burada məktəblərin də zirzəmilərini  su basmışdı, eyni zamanda yeni tikintisinə başlanılan 255 saylı yeni məktəblə bağlı da problemlər yaranmışdı. Təhsil Nazirliyi bu məsələni həll etdi. Ekalogiya və Təbii Sərvətlər nazirliyi ona görə cəlb olunub ki, Lahırc bağlarından hər gün yüzlərlə maşın qum daşınırdı və ərzi yararsız hala salınırdı. Bu məsələnin də qarşısı alındı.

Hesab edirəm ki, dövlət qurumlarının problemlərin həlli üçün birgə səyi ciddi nəticə verib. Artıq qurunt suları qəbiristanlığdan çəkilib”.

Deputat bu məsələdə Sabunçuya yenicə təyin olunmuş icra hakimiyyəti başçısı Adil Vəliyevin zəhmətini xüsusi qiymətləndirərək deyib ki, o, işə başlayan kimi bu məsələlərə xüsusi önəm verib: “Hesab edirəm ki, yaxın zamanlarda məsələ tam şəkildə öz həllini tapacaq. Bizdə mümkün qədər imkanımız daxilində burada çalışan insanlara kömək edirik, onların işləməsi üçün şərait yaradırıq. Hər-halda Maştağa və Zabrat qəsəbələrində yaşayan insanlar bu kimi problemlərdən qurtula biləcəklər və vəziyət əvvvəlki axarına düşəcək. Problemin kompleks həlli üçün müvafiq addımlar atılır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu