Modern.az

Milli Məclis bu gün Şuşa ilə bağlı qərar qəbul edəcək

Milli Məclis bu gün Şuşa ilə bağlı qərar qəbul edəcək

1 May 2012, 10:25

Milli Məclisin  mayın 1-də keçiriləcək plenar iclasında  “Şuşa şəhərinin işğalının 20 illiyi haqqında” qərar qəbul olunacaq. Bu barədə Modern.az-a MM-in mətbuat xidməti məlumat verib.

Milli Məclisdən o da bildirilib ki, may ayının 1-də keçiriləcək iclasda  gündəliyə salınan beş məsələ müzakirə olunacaq. Bunlar aşağıdakılardır.

1. Şuşa şəhərinin işğalının 20 illiyi haqqında.   
2. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.   
3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə   
4. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.   
5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqında.   
6. "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası qanununun layihəsi haqqında.  

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu