Modern.az

Gürcüstan vətəndaşları Azərbaycandan təxliyə ediləcək

Gürcüstan vətəndaşları Azərbaycandan təxliyə ediləcək

Dünya

24 Aprel 2020, 23:15

Gürcüstan Azərbaycandan 100-ə yaxın vətəndaşını təxliyə edəcək.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, vətəndaşların Gürcüstana qayıtması bu ölkənin Azərbaycandakı səfirliyi və Gəncə şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə həyata keçiriləcək.

Gürcüstan vətəndaşları yaxın günlərdə avtobusla ölkəyə yola salınacaq. Sərhədi keçən kimi onların iki həftə ərzində karantində saxlanılması nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış