ABŞ-da ötən gün rekord həddə kroronavirusa (COVİD-19) yoluxma halı qeydə alınıb.
Modern.az xəbər verir ki, ölkədə bir gündə 38 958 nəfərdə infeksiya aşkarlanıb, 1 959 nəfər isə pandemiyanın qurbanı olub.
Bununla da ABŞ-da COVİD-19-a yoluxanların sayı 925 232-yə, virusdan ölənlərin sayı isə 52 193-ə yüksəlib, 110 432 nəfər xəstəlikdən sağalıb.
T.İSMAYIL