Bakıda velosiped oğruları yaxalanıb.
Modern.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.
Rayon sakini Sahib Bilalzadəyə məxsus velosiped naməlum şəxs tərəfindən oğurlanıb.
Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə məhkum olunmuş, 1966-cı il təvəllüdlü Mahir Həsənov və əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə məhkum olunan 1994-cü il təvəllüdlü Kənan Fərəcullazadə saxlanılıb.