Türkiyənin hakim partiyası koronavirus pandemiyası ilə mübarizə çərçivəsində qəbul etdiyi qərarları Mərkəzi Qərar və İdarə Heyətində yenidən gözdən keçirir.
Modern.az-ın Türkiyə KİV-lərinə istinadla məlumatına görə, qərarlar arasında əsas yaşı 65-dən yuxarı olan şəxslərin həftəsonu qaydalara riayət edərək 3 saat ərzində küçəyə çıxma icazəsi də yer alıb.
Bildirilir ki, həmin şəxslər maska taxaraq və məsafəni saxlayaraq gəzə biləcəklər.
Məqsəd isə yaşı 65-dən yuxarı şəxslərin rahatlığını təmin etmək, tez-tez evdə qalmağın yaratdığı psixoloji sıxıntıları azaltmaqdır.