Modern.az

Tramp koronavirusla bağlı daha bir qanun imzaladı - 484 milyard yardım

Tramp koronavirusla bağlı daha bir qanun imzaladı - 484 milyard yardım

Dünya

25 Aprel 2020, 12:52

ABŞ Prezidenti Donald Tramp koronavirusla əlaqədar biznes və səhiyyə sahələrinə 484 milyard dollar məbləğində yardım edilməsi haqqında daha bir qanun imzalayıb.

 

Modern.az xəbər verir ki, Konqres tərəfindən bəyənilmiş qanun layihəsinə əsasən, kiçik biznesin maliyyələşdirilməsini və karantin tətbiqindən zərərçəkmiş müəssisələrin milyonlarla işçisinə maaşların ödənilməsinin davamını nəzərdə tutan “Əməkhaqqının müdafiəsi proqramı”na əlavə olaraq, daha 370 milyard dollar, xəstəxanalar üçün 75 milyard dollar COVID-19 koronavirusuna yoluxmanı daha geniş miqyasda testləşdirmək üçün 25 milyard dollar ayrılacaq.

 

Qeyd edək ki, aprelin 25-i bu saata qədər ABŞ-da 925 758 nəfər koronavirusa yoluxub, onlardan 52,217 nəfəri vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış