Suriya ərazisində PKK, YPG terror təşkilatlarının 20 terrorçusu zərərsizləşdirilib.
Modern.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, terrorçular Türk Silahlı Qüvvələri tərəfindən “Sülh çeşməsi” antiterror əməliyyatlarının aparıldığı bölgəyə keçmək istəyərkən məhv ediliblər.