İranda ötən 24 saat ərzində daha 76 nəfər koronavirusdan (COVID19) həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur məlumat verib.
Onun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 5 650 nəfərə yüksəlib.
Cahanpur əlavə edib ki, ötən sutka ərzində daha 1 134 nəfər koronavirusa yoluxub. İranda bu virusa yoluxanların sayı 89 328 nəfərə çatıb. Onlardan 3 096 nəfərin vəziyyəti ağırdır.
"Bu günədək İranda 68 193 nəfər koronavirusdan sağalıb", - deyə nazirlik rəsmisi bildirib.