Modern.az

Koronavirus Nyu-Yorka bu ölkədən gəlib - Qubernator açıqladı

Koronavirus Nyu-Yorka bu ölkədən gəlib - Qubernator açıqladı

25 Aprel 2020, 15:13

Nyu-York ştatına koronavirus Çindən deyil, Avropa ölkələrinin birindən gəlib.

 

Modern.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Nyu-York ştatının qubernatoru Endryu Kuomo deyib.

 

Şimal-Qərbi ABŞ Universitetinin apardığı tədqiqatın nəticələrinə əsasən, Nyu-York ştatında koronavirusa ilk yoluxma halının qeydə alındığı martın 1-də 10 mindən çox sakin artıq COVID-19 xəstəliyinə tutulmuşdu. Qubernatorun fikrincə, virusun İtaliyadan gəlməsi versiyası daha inandırıcıdır.

 

Endryu Kuomo xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp Uhan şəhərində xəstəliyin yayılması barədə məlumatlardan təxminən bir ay sonra - fevralın 2-də Çindən səfərləri qadağan edib, lakin Avropadan ölkəyə girişlər isə xəstəlik ABŞ-da geniş vüsət aldıqdan sonra - mart ayında məhdudlaşdırılıb.

 

Qubernator ABŞ administrasiyasını epidemiyanın yayılmasına ləng reaksiya verməkdə təqsirləndirib. Onun sözlərinə görə, həmin iki ay müddətində Avropadan Nyu-York və Nyu-Cersi aeroportlarına 2,2 milyon insan gəlib və onların da bir hissəsi çox güman ki, COVID-19 daşıyıcısı olub.

  

Qeyd edək ki, Nyu-York ştatında koronavirusa yoluxanların sayı 277 min nəfəri ötüb, 21 min 291 nəfər isə bu xəstəlik səbəbindən vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU