Modern.az

Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu ziyan AÇIQLANDI

Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu ziyan AÇIQLANDI

İqtisadiyyat

25 Aprel 2020, 18:08

İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi mətbuat konfransında koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyanı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, nazir bildirib ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına böyük məbləğdə ziyan vurub:

 

"Bu rəqəmləri tam dəqiq hesablamaq çətindir. Gündəlik itkilərin məbləği təxminən 120-150 milyon manatdır".

 

Mikayıl Cabbarov bildirib ki, vergi güzəştləri paketində fərqli bölmələr mövcuddur:

 

"Pandemiyadan zərərçəkən vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyaları üçün vergi güzəştlərinin tətbiqi fərqlidir. Ötən il Azərbaycanda 11 152 sahibkarın dövlət büdcəsinə ödənişi 250 manatdan az olsa da, hazırda iş adamlarına verilən maliyyə dəstəyinin məbləği minimum 250 manat, maksimum isə 5 000 manatdır. Qeyri-neft sektoru üzrə pandemiyadan zərərçəkən vergi ödəyicilərinin vergi ödəmələrindəki payı 46,4 faizdir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir