Modern.az

Daha bir ölkədə COVİD-19 qurbanlarının sayı 20 mini keçdi

Daha bir ölkədə COVİD-19 qurbanlarının sayı 20 mini keçdi

Dünya

25 Aprel 2020, 19:37

Böyük Britaniyada bu gün daha 813 nəfər koronavirusun (COVİD-19) qurbanı olub.

 

Modern.az worldometers.info-ya istinadla xəbər verir ki, bununla da ölkədə virusdan ölənlərin sayı 20 319-a yüksəlib.

 

Britaniyada sutka ərzində 4 913 nəfərdə COVİD-19 aşkarlanıb və beləliklə yoluxanların ümumi sayı 148 377-yə çatıb.

 

Qeyd edək ki, Böyük Britaniya koronavirusa yoluxma faktına görə dünyada 6-cı, virus qurbanlarının sayına görə isə 5-ci sırada qərarlaşıb.

 

T.İSMAYIL

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI