Modern.az

BDU-nun tələbələrindən “Sizə məktub var”...

BDU-nun tələbələrindən “Sizə məktub var”...

Aktual

25 Aprel 2020, 19:52

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri Rauf Şirinov və Rövşən Əlisoy “Young Press” səhifəsi üzərindən “Sizə məktub var” adlı maraqlı virtual layihəyə start veriblər.

 

Modern.az xəbər verir ki, sözügedən layihə çərçivəsində bir çox tanınmış şəxslər bir-birlərinə səsli məktub yollayaraq sual, məsləhət, fikir və arzularını bildirirlər. İndiyədək “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, BDU-nun dosentləri Vüqar Zifəroğlu, aparıcı, diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu, aktyor Canəli Canəliyev, aktrisa Zülfiyyə Məmmədova, gənc sahibkar Orxan Şahbaz, xeyriyyəçi Elgül Hüseynquliyeva, PR mütəxəssisi Nəsimi Paşayev, Azər Nəzərov, jurnalist Rövşən Tahirli, BDU-nun tələbələri Ümid Oruc, Nadir Rza və bir sıra müxtəlif sahələrin nümayəndələri öz məktublarını göndəriblər.  Tələbələr bildirir ki, virtual layihəyə bundan sonra bəzi ictimai-siyasi və incəsət xadimlərinin də qoşulacağı gözlənilir.

 

Virtual layihə hazırda İnstaqram üzərindən yayımlanır, yaxın zamanlarda tələbələr yayım işlərini genişləndirərək sayt da açmağı düşünürlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır