Modern.az

Koronavirusa yoluxan səhiyyə naziri istefa verdi

Koronavirusa yoluxan səhiyyə naziri istefa verdi

Dünya

25 Aprel 2020, 23:28

İsrailin səhiyyə naziri Yaakov Litzman vəzifəsindən istefa verib.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Qeyd olunub ki, nazir istefası haqqında ərizəni Baş nazir Benyamin Netanyahuya təqdim edib.

Telekanalın jurnalistləri qeyd edirlər ki, Yaakov Litzmanın koronavirus epidemiyasının qarşısını almaqla bağlı yürütdüyü siyasət ciddi tənqidlərlə üzləşib.

Xatırladaq ki, İsrailin səhiyyə naziri Yaakov Litzmanın özü də koronavirus infeksiyasına yoluxmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış