Modern.az

Şimali Koreya liderinin vəziyyəti daha da ağırlaşıb

Şimali Koreya liderinin vəziyyəti daha da ağırlaşıb

Dünya

26 Aprel 2020, 00:18

Şimali Koreya lideri Kim Çen İnin səhhəti əvvəlkindən daha ciddidir.

Modern.az  xəbər verir ki, bu barədə Yaponiyanın "Şukan Genday" jurnalı Kim Çeni müalicə edən tibbi briqadadan bir mənbəyə istinad edərək məlumat yayıb.

Məlumata əsasən, aprel ayında kəndlərdən birini gəzdikdən sonra Şimali Koreya liderinin sağlamlıq vəziyyəti ciddi şəkildə pisləşib. Bundan sonra o, stentinq prosedurundan keçib, vegetativ vəziyyətdə olub.

Qeyd edək  ki, bundan öncə CNN də daxil olmaqla, bir çox xarici media Kim Çenin səhhətində ciddi pisləşmə olduğu məlumatını yayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış