Argentinanın Santa Fe gənc cütlük övladlarının adını Covid qoyublar.
Modern.az “Mirror”a istinadla bildirir ki, dünyada 200 mindən çox insanın ölümünə səbəb olan virusun adının uşağa verilməsi körpənin doğulduğu xəstəxanada narazalıqlara səbəb olub. Səhiyyə işçiləri gənc valideynləri sərt tənqid ediblər.
Ölkə mediası hadisəni koronavirusdan ölənlərin xatirəsinə hörmətsizlik kimi qiymətləndirib. Sosial mediada gənc valideynlər sərt ifadələrlə qınanılıb. Valideynlər isə bunu “koronaviruslu günlərdən xatirə” kimi qiymətləndirib.
Qeyd edək ki, bundan əvvəl Hindistanda da bir ailə yeni doğulan qız övladına Covid adını verib.
Huncay Mete