Modern.az

Dünyanın ən gözəl göllərindən biri qurudu

Dünyanın ən gözəl göllərindən biri qurudu

26 Aprel 2020, 11:39

Türkiyənin Konya vilayətində yerləşən və dünyanın ən gözəl göllərindən olan Meke gölü qurumağa başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Hazırda göldə az miqdarda qalan suyun rəngi də qırmızıya boyanıb.

 

Konyanın Qarapınar bələdiyyəsinin sədri Mehmed Yaka gölün qurumasına yeraltı suların çəkilməsinin səbəb olduğunu bildirib.

 

“Təxminən 10-12 metrə qədər dərinliyi olan göldə demək olar ki, heç nə qalmayıb. Qalan suyun qırmızı rəngə boyanmasına isə orada olan mikroorqanizmlər səbəb olub”.

 

Qeyd edək ki, Meke gölünün 5 milyon il əvvəl vulkan peskerməsi nəticəsində yarandığı bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi