"Bizi qorumaq üçün ölkəmizdən kömək istəyirik. Nə edəcəyimizi və hara müraciət edəcəyimizi bilmirik. Xahiş edirəm bizim səsimizi hər yerə duyurun. Atamın vəziyyəti çox pisdir. Ən qısa müddətdə müdaxilə etməliyik".
Modern.az xəbər verir ki, bu fikirləri bir gün öncə İsveçdə yaşayan tanınmış iş adamlarından biri olan Əmrullah Gülüşkənin qızları Samira və Leyla "Tvitter" hüsablarında paylaşıblar.
Sosial mediada yayımlanan Əmrullah Güləşkənin qızları Samira və Leylanın kömək çağırışına isə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca laqeyd qalmayıb.
“Əziz Leyla, sənin səsini eşitdik. Təcili yardım təyyarəmiz 06:00-da İsveçə gəlir. Bütün Türkiyə, belə bir dövrdə, uzaqda olmanıza kədərlənir. Xəstəxanamız və həkimləriniz atanız üçün hazırdır. Prezidentimizin və bütün xalqımızın keçmiş olsun arzularını çatdırıram”,- deyə Fəxrəddin Qoca İsveçdə yaşayan türkiyəli xanımın çağırışınına səs verib.
Bu gün isə 47 yaşlı iş adamı xüsusi tibbi təyyarə ilə Türkiyəyə gətirilib
Qeyd edək ki, İsveçdə yaşayan tanınmış iş adamlarından biri olan Əmrullah Gülüşkənin koronovirus testi müsbət çıxsa da, o, müalicə olunmayaraq xəstəxanadan evə göndərilmişdi.