Modern.az

Azərbaycan nefti həftə ərzində 18% ucuzlaşıb

Azərbaycan nefti həftə ərzində 18% ucuzlaşıb

İqtisadiyyat

27 Aprel 2020, 09:54

Ötən həftə ərzində (20-24 aprel) dünya bazarında "Azeri Light" (CIF) markalı neft 18%-dən artıq ucuzlaşıb.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 4,07 ABŞ dolları və ya 18,3% azalaraq orta hesabla 22,28 dollara bərabər olub.

 

Həftə ərzində ən yüksək göstərici – 21,3 dollar təşkil edib, ən minimal göstərici isə 15,81 dollara bərabər olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir