Modern.az

Türk dövlətlərinin səhiyyə nazirləri bu gün bir araya gələcək

Türk dövlətlərinin səhiyyə nazirləri bu gün bir araya gələcək

28 Aprel 2020, 10:52

Bu gün türkdilli dövlətlərin səhiyyə nazirlərinin iştirakı ilə videokonfrans keçiriləcək.

 

Türk Şurasından Modern.az-a verilən məlumata görə onlayn iclas Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq.

 

Videokonfrans Türkiyə Səhiyyə naziri Fahreddin Kocanın moderatorluğu ilə təşkil edilir. İclasda əsas müzakirə mövzusu mövcud pandemiya və onun təsirlərinin aradan qaldırılması olacaq.

 

 

Qeyd edək ki, iclasın keçirilməsi 10 aprel tarixində Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təklif edilib.

 

Bundan əvvəl keçirilən iclasın birinci mərhələsində Azərbaycandan Səhiyyə nazirinin müavini Viktor Qasımov iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...