Modern.az

ARDNŞ: “Daha Sulutəpədə yeni ev tikilməsinə imkan verməyəcəyik”

ARDNŞ: “Daha Sulutəpədə yeni ev tikilməsinə imkan verməyəcəyik”

2 May 2012, 18:43

“Sulutəpə hadisələri ilə bağlı yaradılmış Komissiya aprelin 18-də baş vermiş insidentlə bağlı araşdırmaları davam etdirir. Hadisə ilə bağlı yaradılmış Komissiya bir neçə iclas keçirib”.

Bunu Modern.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddim Quliyev deyib. O, bildirib ki,  Sulutəpə hadisələri ilə bağlı yaradılmış Komissiya bir neçə iclası keçirilib.

“Qurum yeni tikililərin inşasına imkan verməməkdə qərarlıdır və bu cür mənzillər dərhal söküləcək. Köhnə tikililərlə bağlı isə ARDNŞ məhkəmə qərarını gözləyəcək”-deyə N.Quliyev vurğulayıb.

Qeyd edək ki, aprelin 18-də ARDNŞ əməkdaşları Bakının Sulutəpə qəsəbəsində qanunsuz  evlərin sökülməsi zamanı sakinlərə, o cümlədən ərazidə çəkiliş aparan jurnalistlərə qarşı zor tətbiq ediblər. Sakinlər və jurnalistlər Neft Şirkətinin əməkdaşları tərəfindən döyülüblər. Bundan dərhal sonra - aprelin 19-da isə hadisələri araşdırmaq üçün ARDNŞ prezidenti Rövnəq Abdullayev Xüsusi Komissiya yaradıb.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu