Modern.az

Məşhur hind aktyoru Rişi Kapur vəfat edib

Məşhur hind aktyoru Rişi Kapur vəfat edib

Mədəniyyət

30 Aprel 2020, 10:10

Hindistanın məşhur aktyorlarından olan Rişi Kapur vəfat edib.

Modern.az xəbər verir ki, xarici KİV-lər 68 yaşlı Rişi Kapurun Mumbai şəhərindəki klinikalardan birində xərçəngdən dünyasını dəyişdiyini bildirir.

Bollivudun məşhur aktyorlarından olan Rişi Kapur dünya şöhrətli aktyor və rejissor Rac Kapurun oğludur.

Bir çox filmlərə çəkilən Rişi Kapur Azərbaycan tamaşılarının yaddaşında daha çox “Bobbi” filmindəki rolu ilə qalıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi