“Eurovision”un Azərbaycandakı Rəsmi Fan Klubu yeni fotomüsabiqə elan edib. Fan klubdan Modern.az-a verilən məlumata görə, “Eurovision”un Azərbaycandakı Rəsmi Fan Klubu, öz rəsmi Facebook səhifəsində “Xoşbəxt Ailə” adlı yeni foto müsabiqəyə start verib
Müsabiqədə iştirak etmək üçün [email protected] ünvanına müraciət göndərilməlidir. Müsabiqənin şərtlərinə əsasən, şəkildə ailə tablosu əks olunmalı və şəkil heç bir qrafik proqramda redaktə olunmamalıdır. Həmçinin, şəkilin ideya müəllifi, ailə üzvlərindən biri olmalıdır və foto-şəkilin çəkilişində professional fotoqrafların xidmətindən istifadə etmək qəti qadağandır. Qaliblər jüri heyəti tərəfindən təyin ediləcək. Qalib gələn şəxslər mükafatları əldə etmək üçün şəxsiyyəti vəsiqəsi və nikah haqqında şəhadətnaməni təqdim etməlidirlər. Qaliblər üçün nəzərdə tutulmuş mükafatlar isə aşağıdakı kimidir:
• I yer – 1500 AZN – lıq EMBAWOOD hədiyyə kuponu
• II yer – 1000 AZN – lıq EMBAWOOD hədiyyə kuponu
• III yer – 700 AZN - lıq EMBAWOOD hədiyyə kuponu
Şəkillərin qəbulu mayın 1-dən 14-nə kimi davam edəcək. Qaliblər mayın 15-i, "Ailə Günü"-də Fan Klub və Embawood tərəfindən mükafatlandırılacaq, Eurovisionun rəsmi Fan Klubunun rəsmi Facebook səhifəsində elan ediləcək.
Anar Kəlbiyev