Mayın 4-də Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edəcək.
Bu barədə Modern.az-a parlamentdən məlumat verilib. Məlumatda bildirilir ki, spiker Oqtay Əsədovlə birgə səfərdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin aparatının rəhbəri Səfa Mirzəyev və digərləri də iştrak edəcəklər.
Modern.az