Modern.az

Ermənistan "Eurovision"dan imtinaya görə cəzalandırılıb

Ermənistan "Eurovision"dan imtinaya görə cəzalandırılıb

3 May 2012, 09:49

Avropa Yayım Birliyi (EBU) Ermənistanı may ayının 22-24-26-da Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirakdan imtina etdiyinə görə cərimələyib. Bu barədə İTAR-TASS qurumun Cenevrədə yerləşən KİV-lə iş şöbəsinin rəhbəri Annika Niberq-Frankenxauzerə istinadən məlumat verib.

Frankenxauzer deyib ki, bu qərar məsələ ilə bağlı araşdırma aparalandan sonra verilib.

Qərara görə, Ermənistan müsabiqədə iştirak üçün nəzərdə tutulan məbləği, həmçinin cərimə kimi həmin məbləğin 50 faizini ödəməlidir. Bundan başqa, Ermənistan İctimai Televiziyası müsabiqənin finalını "əvvəldən axıra və fasiləsiz" yayımlamalıdır, əks halda ölkə 2013-cü ildə EBU tərəfindən keçiriləcək "Eurovision" yarışmasında iştirak hüququndan məhrum ediləcək.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu