Modern.az

Azərbaycanın sədrlik etdiyi Təhlükəsizlik Şurası atəşi dayandırmağı tələb edib

Azərbaycanın sədrlik etdiyi Təhlükəsizlik Şurası atəşi dayandırmağı tələb edib

3 May 2012, 10:57

Modern.az-ın məlumatına görə, mayın 2-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında qurumun Təhlükəsizlik Şurası Azərbaycanın sədrliyi ilə ilk iclasını keçirib. İclasda Şuranın üzv dövlətləri Sudan və Cənubi Sudanı dərhal sərhədboyu hərbi əməliyyatlara son qoyaraq silahlı qüvvələrini geri qaytarmağa, iki həftə ərzində danışıqlar masası arxasına qayıdaraq aralarında olan məsələlər üzrə maksimum üç ay ərzində razılığa gəlməyə çağırıblar.

Lakin əks təqdirdə, BMT-nin nizamnaməsinə uyğun olararaq tərəflərə "müvafiq tədbirlər", o cümlədən başqa BMT-yə üzv dövlətlərlə kommunikasiya vasitələrinin və ya iqtisadi münasibətlərin tam və ya qismən dayandırılması, eləcə də diplomatik əlaqələrə xitam verilməsi kimi addımlar atıla bilər.

Qeyd edək ki, ABŞ tərəfindən irəli sürülən Sudan ilə Cənubi Sudan arasında sərhədboyu vəziyyəti "beynəlxalq sülh və sabitliyə ciddi təhdid" adlandıran qətnamə layihəsi Azərbaycanın sədrliyi ilə Təhlükəsizlik Şurasının bütün 15 üzvü tərəfindən qəbul edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu