Modern.az

Avropada koronavirus kiberhücumları da artırıb

Avropada koronavirus kiberhücumları da artırıb

Dünya

2 May 2020, 00:57

Koronavirus pandemiyasının davam etdiyi bir zamanda kiberhücumların da sayı artır.



Modern.az  xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqı ölkələrində koronavirus pandemiyası fonunda kiberhücumlar artıb.

 

Avropa İttifaqının rəqəmsal bazarlar məsələləri üzrə komissiyasının məlumatına görə, təkcə aprel ayında onların sayı mart ayının göstəricilərini altı dəfə üstələyib.

Məlumata görə, söhbət çox vaxt fişinqdən, yəni istifadəçilərin şəxsi məlumatlarının, kredit kartlarının nömrələrinin və parollarının internet vasitəsi ilə ələ keçirilməsi məqsədi ilə dələduzluq hallarından gedir. Pul qoparmaq məqsədi güdən proqramlar tərəfindən hücumların sayı 19 faiz artıb. Onlar hətta xəstəxana və aeroportları hədəf seçiblər. Müdafiə təyinatlı müəssisələr də hücumlara məruz qalıb. Macarıstanda hətta termal hamamın serverini sındırmaq cəhdi qeydə alınıb. Bu hücumların səbəbi məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj