Modern.az

Bu ölkədə fövqəladə vəziyyət daha iki ay uzadılır

Bu ölkədə fövqəladə vəziyyət daha iki ay uzadılır

Dünya

2 May 2020, 22:59

Fransada koronavirus pandemiyası ilə əlaqədar səhiyyə sahəsində fövqəladə vəziyyətin daha 2 ay uzadılması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, Fransa Səhiyyə naziri Olivye Veran bu gün Nazirlər Şurasının koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyətin uzadılması barədə qanun layihəsini təsdiqlədiyini bildirib.

Qeyd edək ki, Fransada bir gün ərzində koronavirusdan ölənlərin sayı daha 166 nəfər artıb. Bununla da ölkədə epidemiyanın başlanğıcından ölənlərin sayı 24 760 nəfərə çatıb.

 

Məlumata görə, ölənlərin 15,5 mini xəstəxanalarda . Daha 9,2 min ölüm ictimai-tibbi müəssisələrdə qeydə alınıb.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj