Modern.az

Bu ölkədə COVİD-19-dan ilk ölüm hadisəsi qeydə alındı

Bu ölkədə COVİD-19-dan ilk ölüm hadisəsi qeydə alındı

Dünya

3 May 2020, 00:16

Tacikistanda koronavirus infeksiyasından ilk iki ölüm halı qeydə alınıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası xəbər yayıb.

Tacikistan Səhiyyə Nazirliyi pandemiya nəticəsində iki nəfərin öldüyünü rəsmi olaraq təsdiqləyib. Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 79-a yüksəlib.

Daha əvvəl Tacikistan infeksiyanın yayılmasının qarşısını almaq üçün sərhədlərini əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bağlayıb, lakin sonradan ölkədə koronavirusa ilk yoluxma halları aşkarlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj