Modern.az

Tayvan silkələndi - 5,9 bal

Tayvan silkələndi - 5,9 bal

3 May 2020, 09:38

Tayvanda 5,9 bal gücündə zəlzələ baş verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin mərkəzi metereoloji idarəsi xəbər verib.

 

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 11:24-də (07:24 GMT+4) qeydə alınıb və adanın bir çox bölgəsində hiss olunub. Zəlzələnin episentri Taydun şəhərindən 70,7 kilometr şimal-şərqdə 40,4 kilometr dərinlikdə yerləşib.

 

Xəsarət alanlar və dağıntılar, habelə sunami təhlükəsi barədə məlumat verilməyib.

 

Xatırladaq ki, 23 milyon əhalisi olan Tayvan adası Şərqi Asiyanın seysmik aktiv zonasında yerləşir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək