Modern.az

Tezliklə Bəşər Əsəd gedəcək - Ceyms Cefri

Tezliklə Bəşər Əsəd gedəcək - Ceyms Cefri

3 May 2020, 09:49

Yaxın zamanda Bəşər Əsəd gedəcək və Suriyada rejim dəyişəcək.

 

Modern.az  “Yeni Akıt” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

 

O bildirib ki, ABŞ Dəməşqə qarşı sanksiyalar tətbiq etməkdə davam edəcək:

 

“Siyasi həll yolu qəbul edilənə qədər Suriya rejiminə qarşı sanksiyaların tətbiq olunmasının tərəfdarıyıq. İqtisadi sanksiyalar rejim liderinə çox yaxın olan şəxslər üçün vəziyyəti daha da pisləşdirir. Məqsədimiz də budur. Bu şəxslər Əsədi dəstəkləməyə davam edərlərsə, onları parlaq gələcək gözləmədiyini açıq şəkildə bildirmək istəyirik”.

 

C.Cefri qeyd edib ki, İdlib Suriyada müxalif qüvvələrin qalası sayılır:

 

“İdlib rejim qüvvələrinin əlinə keçməyəcək və yaxın zamanda Əsəd taxtdan enəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək