Modern.az

“Amaci”ni oynayan aktrisa: “Tezliklə Bakıya gələcəyəm”

“Amaci”ni oynayan aktrisa: “Tezliklə Bakıya gələcəyəm”

3 May 2012, 18:59


Azərbaycanda böyük populyarlıq qazaanmış “Bu zalım dünyada doğulma” (“Amaci”) serialnın baş qəhrəmanı Bakıya gələcəyini bildirib. Modern.az bildirir ki, bu barədə Amaci rolunu ifa edən Mehna Kaur Malik özünün  Facebook-dakı şəxsi səhifəsində yazıb.
 
“Hamıya salam. Tezliklə Bakıya gələcəyəm. Sizinlə görüşəcəyik”-deyə Mehna Malik bildirib.

Mehna Kahur Malik 1971-ci ildə Hindistanın Pəncab əyalətində hərbçi ailəsində anadan olub. Hind kino və televiziya aktrisası olan Mehna Malik “Amaci” serialı ilə məşhurlaşıb. Kurukşetra Unversiteinidə ingilis dili üzrə magistr təhsili alan Mehna sonradan Milli Dram Məktəbini bitirb.

Hazırda Bollivudda çalışan aktrisa bir sıra seriallara çəkilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı