Modern.az

Həkimlərin mənimlə bağlı xüsusi planı vardı - Boris Conson

Həkimlərin mənimlə bağlı xüsusi planı vardı - Boris Conson

3 May 2020, 10:47

İngiltərənin Baş naziri Boris Conson bildirib ki, koronavirus infeksiyasından müalicə olunduğu zaman həkimlərin onunla bağlı xüsusi planları olub.

 

Modern.az bildirir ki, Baş Nazir bu barədə “The Sun”-a açıqlama verib:

 

”Yaxşı vəziyyətdə deyildim və həkimlərin mənimlə bağlı xüsusi təcili yardım planlarının olduğunu başa düşdüm. Hər şey pis olardısa, həkimlər nə edəcəkləri barədə hər cür razılığa gəlmişdilər”.

 

O, koronavirusdan müalicə aldığı zaman litrlərlə oksigen aldığını da qeyd edib:

 

“Cəmi bir neçə gündə səhhətimin bu qədər pisləşdiyinə inanmaq çətin idi. Hər şeyi xatırlayıram, çox məyus olmuşdum. Birdən necə yaxşılaşmadığımı da başa düşə bilmədim”.

 

Qeyd edək ki, koronavirusa yoluxan Boris Conson aprelin 5-də xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə köçürüldü. 27 apreldə isə işinin başına qayıda bildi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək