Modern.az

Rusiya baş naziri həkim nəzarəti altındadır

Rusiya baş naziri həkim nəzarəti altındadır

3 May 2020, 12:53

Rusiya Baş naziri Mixail Mişustin həkimlərin nəzarəti altında qalır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Nazirlər Kabinetinin mətbuat katibi Boris Belyakov deyib.

 

O, baş nazirin müalicəsinin davam etdiyini, buna baxmayaraq işlədiyini bildirib:

 

“O, sənədlərlə işləyir, həmkarları ilə aktiv telefon danışıqları aparır”.

 

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Baş naziri Mixail Mişustinin koronavirus testi pozitiv çıxmışdı.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək