Modern.az

Kadırovun Ramazan şərti - Əvvəlcə karantin...

Kadırovun Ramazan şərti - Əvvəlcə karantin...

3 May 2020, 13:58

Çeçenistan sakinləri karantin rejiminə əməl edəcəkləri təqdirdə Ramazan bayramını qeyd edə biləcəklər.

 

Modern.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

 

“Çoxlarını Ramazan bayramını necə keçirəcəkləri narahat edir. Cavab verirəm: əgər karantin rejiminə əməl etsək, onda bayramı layiqincə qeyd edə biləcəyik”, - Kadırov bildirib.

 

Qeyd edək ki, Çeçenistanda karantin rejimi mayın 11-ə qədər uzadılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək