Modern.az

Türkiyə ordusu PKK-nın 12 terrorçusunu məhv etdi

Türkiyə ordusu PKK-nın 12 terrorçusunu məhv etdi

3 May 2020, 14:10

Türkiyə ordusu PKK-nın 12 terrorçusunu məhv edib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.

 

Açıqlamada bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin “Barış bulağı” ərazisində Tel-Abyad məntəqəsinə dünən gecə saatlarında 15-dək PKK/YPG-li terrorçu hücum edib.

 

TSK-nın hərbi heyəti bölgədə təhlükəsizliyi və sabitliyi pozmağa cəhd edən terrorçulardan 12-ni zərərsizləşdirib.

 

“Bölgədə sülhün, sabitliyin davam etməsi üçün kəşfiyyat, nəzarət və humanitar dəstək fəaliyyətlərimiz fasiləsiz olaraq davam edir” - deyə açıqlamada bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək