Modern.az

Moldovanın Daxili İşlər naziri koronavirusa yoluxub  

Moldovanın Daxili İşlər naziri koronavirusa yoluxub  

3 May 2020, 17:05

Moldovanın Daxili İşlər naziri Pavel Voyku koronavirusa yoluxub.

 

Modern.az bildirir ki, bu barədə nazir öz Facebook səhifəsində yazıb:

 

“Mayın 2-də koronavirusa yoluxduğum təsdiqlənib. Hazırda evdə özünütəcrid formasında müalicə alıram”.

 

Qeyd edək ki, rəsmi məlumata əsasən, Moldovada 3980 nəfər koronavirusa yoluxub, 1334 nəfər koronavirusdan müalicə alaraq evə buraxılıb, 124 nəfər isə ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək