Modern.az

Türkiyədə 31 vilayətə giriş-çıxış qadağasının vaxtı daha 1 gün uzadıldı

Türkiyədə 31 vilayətə giriş-çıxış qadağasının vaxtı daha 1 gün uzadıldı

Dünya

3 May 2020, 17:38

Türkiyənin Ankara, İstanbul və İzmir daxil olmaqla ölkənin 31 vilayətinə giriş-çıxış qadağası mayın 4-də yerli vaxtla saat 24.00-a qədər uzadılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat yayılıb.

 

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabineti mayın 4-də növbəti toplantı keçirəcək. Videokonfrans formatında olacaq toplantının gündəliyində yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ilə bağlı ölkədəki vəziyyət və mövcud qadağaların aradan qaldırılması yolları müzakirə olunacaq. Hökumət normallaşma prosesinin mərhələli qaydada həllini istəyir. İnfeksiyasına qarşı mübarizə tədbirlərinə edilən dəyişiklik barədə hökumətin iclasından sonra məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər