Zəfəran apteklər şəbəkəsi “KSM Azərbaycan”nın dəstəyi ilə “Ailənizin Zəfər anı” aksiyasını keçirəcək.
12 mayda Beynəlxalq ailə günü ərəfəsində Mərkəzi Nəbatаt bağında ailəvi istrahət təşkil ediləcək. Tədbirdə gənc ailələr və onların 3-6 yaşındakı uşaqları iştirak edəcək.
Lakin bayram gəzintisinə qoşulmaq üçün “Sizin ailənizdə ən yadda qalan hadisə barədə hekayə” adlı müsabiqədə iştirak etmək lazımdır.
Müsabiqənin nəticələrinə əsasən ailəvi istirahətə dəvət olunan 20-dək ailə seçilə bilər. Sifarişlərin qəbulu 9 may tarixində bitəcək. Müsabiqənin şərtlərinə əsasən bütün arzu edənlər öz ailələri barədə məlumatı və bir neçə fotoşəkilləri
[email protected] elektron poçtuna göndərə bilərlər.
Ətraflı məlumatı “
8811 Qaynar xətt” nömrəsinə zəng etməklə və ya
//www.facebook.com/zeferanaptek və
//www.facebook.com/events/343438219054264/ saytına keçməklə öyrənmək olar.
Müsabiqədən keçmiş ailələr qarşıdakı səfər barədə tam məlumat alacaq və təşkilatçılar tərəfindən bütün lazımi vəsaitlərlə təmin olunacaqlar.