Modern.az

“Aşıq Şəmşir” Ocağı İsveçrədə - FOTOLAR

“Aşıq Şəmşir” Ocağı İsveçrədə - FOTOLAR

4 May 2012, 10:50

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi öz fəaliyyət istiqamətinə uyğun olaraq davamlı şəkildə müxtəlif layihələr həyata keçirir. Əsasən Azərbaycan xalqının sahib olduğu milli-mənəvi dəyərlərin təbliğinə, onların dünya ictimaiyyətinə tanıdılmasına yönələn belə layihələrin növbətisi İsveçrədə keçirilən “Millətlərin Dostluğu Bayramında” və “Xarici ölkələrin mədəniyyət günləri” adlı daha bir tədbir keçirilibr. İsveçrənin Bern şəhərində fəaliyyət göstərən Bern Tələbə Təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri olan Azərbaycanlı tələbələr ölkəmizin mədəniyyətini bu bayramda layiqincə nümayiş etdiriblər. Tədbirdə dünyanın müxtəlif millətlərinin nümayəndələri öz milli-mənəvi dəyərlərini, maddi sərvətlərini, milli mətbəxini tədbir iştirakçılarına təqdim edirdilər. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri olan Azərbaycanlı tələbələr də milli mətbəximizin nümunələrini, mədəniyyətimizi, adət-ənənələrimizi özündə əks etdirən guşə yaratmaqla tədbir iştirakçılarına ölkəmiz və eləcə də Qarabağ problemi haqqında geniş məlumat veriblər.

Həmçinin tədbir iştirakçılarına Azərbaycanda həyata keçiriilən quruşuluq işləri, ictimai-siyasi sabitlik barədə danışılıb. 

Qafqaz dövlətlərindən yalnız Azərbaycanın bu tədbirdə təmsil olunması ölkəmiz haqqında iştirakçıların marağını daha da artırıbdır. Bu il ölkəmizdə keçiriləcək Avropanın ən böyük musiqi yarışması ilə əlaqədar olaraq tədbir iştirakçılkarı Azərbaycan guşəsinə xüsusi maraq göstərib, ölkəmiz haqqında daha yaxından maraqlanıblar. Tədbirdə ölkəmiz haqqında kitablar, CD və  broşürlar paylanıbdır.

 

 

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu