Modern.az

Çempionlar Liqası tarixinin ən yaxşı qolu müəyyənləşib - VİDEO

Çempionlar Liqası tarixinin ən yaxşı qolu müəyyənləşib - VİDEO

4 May 2020, 01:03

Çempionlar Liqası (ÇL) tarixinin ən yaxşı qolları seçilib.

Modern.az APA-ya istinadən xəbər verir ki, "France Football" nəşri sıralamanı açıqlayıb.



Həmkarlarımız ən nüfuzlu klub turnirində Zinəddin Zidanın vurduğu qolu fərqləndiriblər. 2001-02 mövsümündə fransalı yarımmüdafiəçinin hazırda baş məşqçisi olduğu "Real"ın heyətində "Bayer"lə final matçında vurduğu qol ən yaxşı adına layiq görülüb.


"Fiorentina"nın yarımmüdafiəçisi Mauro Bressanın 1999-cu ildə "Barselona"nın qapısından keçirdiyi top ikinci olub. Üçüncü yerdə isə Kriştianu Ronaldonun 2017-18 mövsümündə "Real"da olarkən hazırkı komandası "Yuventus"a vurduğu qol qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI