Modern.az

Bahar Muradova mitinqlərə dəstək verdi

Bahar Muradova mitinqlərə dəstək verdi

4 May 2012, 11:30

«Azərbaycanda hər bir vətəndaş sərbəst toplaşmaq hüququndan istifadə edə bilər”

 

«Azərbaycanda hər bir vətəndaş sərbəst toplaşmaq hüququndan istifadə edə bilər. Bu qanunun onlara verdiyi hüquqdur. Sadəcə, bu hüquq qanun çərçivəsində reallaşdırılmalıdır». Modern.az-ın məlumatına görə bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova hakim partiyanın saytına açıqlamasında deyib.

Viste-spiker bildirib ki, müxalifət partiyalarının son vaxtlar keçirdiyi mitinqlər də bu hüququn reallaşmasıdır. B.Muradovanın sözlərinə görə, əgər qarşı tərəf qanun çərçivəsində addımlar atacaqsa, bundan sonra da sərbəst toplaşmaq məsələsində heç bir problem olmayacaq:

«Hökumət qanunun icrası istiqamətində öz üzərinə düşən vəzifələri bundan sonra da yerinə yetirəcək. Amma müxalifətin bu mitinqlərinə ictimai dəstəyin olub-olmaması isə başqa məsələdir. Bütün ictimaiyyət onların imkanının nəyə çatdığının şahidi oldu»

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu